Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.
10 may 2018 | 16:00
10 may 2018-ci il tarixdə saat 10:00-da Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi.
Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunacaq, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı filmin nümayişi olundu.