Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə bayram konserti təşkil olundu.
10 may 2018 | 16:00
10 may 2018-ci il tarixdə saat 18:00-da Bayraq Meydanında Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə bayram konserti təşkil olundu.
Bayram konsertində Respublikanın tanınmış incəsənət ustaları Bahar Lətifqızı, Yeganə Mürsəlova, Almaz Orucova, Sahib İbrahimov iştirak etdilər. Tədbirin sonunda böyük atəşfəşanlıq təşkil olundu.