Şriftin ölçüsü :

Saytın rəngi :

7 dekabr 2023-cü il tarixində YAP Şirvan şəhər təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən Elə Bir Zirvəsən” adlı mahnı müsaqibəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

07 dekabr 2023 | 19:04
Müsabiqə şəhər təhsil müəssisələrinin şagirdləri arasında xalq (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi və müsabiqə iştirakçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov tədbir iştirakçılarını salamlayaraq, müsabiqədə qalib olan iştirakçıları təbrik edib, iştirakçılara uğurlar arzu edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müsabiqə iştirakçılarını və qalibləri təbrik edərək, gənc istedadlara dövlət qayğısından danışıb. Belə müsabiqələrin təşkil edilməsinin böyüməkdə olan gənc nəsli Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd edib.
Müsabiqənin fəal iştirakçılarına və qaliblərə təşəkkürnamə və diplomlar təqdim edilib.
Tədbir qaliblərin ifası ilə davam edib.
Keçidlər