Dövlət Miqrasiya Xidməti Şirvan Regional Miqasiya İdarəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi.
15.08.2013-cü il tarixdə saat 11:00-da, YAP şəhər təşkilatının akt zalında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şirvan Regional Miqasiya İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 01 avqust 2013-cü il tarixdən qüvvəyə minməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı şəhərin hüquq mühafizə orqanlarının, müəssisə, təşkilat, özəl şirkət rəhbərlərinin, eləcədə kommunal kombinatı və mənzil istismar sahə rəislərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti İctimai-əlaqələr şöbəsinin rəisi Nazir İsmayılov və 150 nəfər iştirak etmişdir.