Şirvan şəhərində “Əmək yarmarkası” keçirildi.
23.08.2013-cü il tarixdə saat 1000-da, Aytac şadlıq sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin təşəbbüsü, Şirvan şəhər İcra Hakimiyyəti və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə "Əmək Yarmarkası" keçirilmişdir.
Şirvan şəhərində təşkil olunan “Əmək Yarmarkası”nda 38 müəssisə iştirak etmişdir ki, onlardan 16-sı dövlət, 14-ü qeyri-dövlət müəssisələri, 7-si fiziki şəxs, 1 özəl sektor olmuşdur. Əmək yarmarkasında 316 boş iş yeri təqdim olmuşdur. Yarmarkada iştirak etmiş işaxtaran və işsiz vətəndaşlardan 118 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
Əmək Yarmarkasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin şöbə rəisi Həsənov İsa və 380 nəfər iştirak etmişdir.
Yarmarkanın açılışında şəhər İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Xidmətinin məsul işciləri iştirak etmiş və tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olmuşlar.