Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər Naziri Fazil Məmmədov Şirvan şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində vətəndaşları qəbul etmişdir.

24 avqust 2013 | 15:00

23.08.2013-cü il tarixdə saat 1100-da, 5 saylı Ərazi Vergilər İdarəsində Azərbaycan Respublikasının Vergilər Naziri Fazil Məmmədov 2 və 5 saylı Ərazi Vergilər İdarələrinin əhatə etdiyi Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan 70 nəfərdən çox vətəndaşı qəbul edib, onların problemləri ilə maraqlanıb, təkliflərini dinləyib. Vətəndaşlar qəbulda iqtisadiyyatın müxtəlif sahələri üzrə vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərlərinin araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Keçidlər