Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK-nın Şirvan Regional bölməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı olub və açılış mərasimindən sonra TQDK-nın sədri Məleykə Abbaszadə rayonlardan müraciət edən vətəndaşları qəbul edib

03 sentyabr 2013 | 15:00

02.09.2013-cü il tarixdə saat 1000-da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şirvan Regional bölməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Açılış mərasimində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və 20 nəfərin iştirak edib.
Həmin gün saat 1100-da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şirvan Regional bölməsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  Şirvan şəhəri, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və  Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda 44 nəfər iştirak edib.

Keçidlər