8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi, əməkdar müəllim Mehran Əhməd qızının “44 günlük Vətən müharibəsi – Şanlı Zəfər tariximizdir!” mövzusunda çıxışı
Tarixin yaddaşında qalan müdrik şəxsiyyətlərin fikrincə-Müharibələr siyasətin zorakı vasitələrlə davamıdır.
II Qarabağ müharibəsi, Vətən müharibəsi və ya “Dəmir Yumruq” əmliyyatı Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı silahlı mübarəzəsidir.
“Dəmir Yumruq” əmliyyatı 2020-ci ilin sentyabrın 27 –dən noyabrın 10 –dək- 1 ay, 2 həftə ərzindən düşmənə qarşı aparılmış ədalətli bir müharibədir.
2020-ci ilin sentyabr 27-də Ermənistanın Azərbaycana qarşı təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsi başıladı.
Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822,853,874,884, saylı qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpa edilməsi üçün Vətən müharibəsi başladı.
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76 –cı sessiyasında 2021-ci ilin sentyabrın 24-də onlayın formatında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qeyd etmişdi ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusu Azərbaycana qarşı təxribat törədərək hücum etdikdə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünü müdafiyə hüququndan isitifadə edərək öz ərazimizdə Ermənistana qarşı sentyabrın 27-də Azərbaycan ordusu əks-hücuma keçmişdir.
Ordumuz sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhəri 4 qəsəbəni və 286 kəndi azad etdi.
2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan və Talış kəndləri,Murov zirvəsi düşməndən azad edildi. Oktyabr ayı ərzində Cəbrayıl,Füzuli,Zəngilan, Qubadlı,noyabrın 8-də isə Şuşa şəhəri azad edildi.
1757-ci ildə Məhəmməd Həsən xan Qacarın-1 ay,1759 –cu ildə Urmiya xanı Fətəli xan Əfşarın 6 ay,1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın 85 minlik ordusu ilə 33 gün,1826-ci ildə İran şahzadəsi Abbas Mirzənin 60 minlik ordusu ilə 48 gün mühasirədə saxladığı Y A L N I Z 1992- ci ilin mayın 8-dən 9-na keçən gecə Ermənistan ordusu tərəfindən işğal edilimiş Şuşa azad edildi. 28 il 6 aydan sonra.
Əvvəlcə Ulu Öndərin məzarını,sonra Şəhidlər xiyabanını ziyarət edən Prezident Şəhidlər xiyabanında xalqa Şuşanın azad edilməsi xəbərini catdırdı.
Prezident İ.Əliyev Ulu öndərin məzarı önündə demişdi ki,bu vəsiyyətdə -bu sonuncu vəsiyyətdə yerinə yetdi.
2022-ci ilin noyabrın 8-də Şuşada təşkil edilmiş tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları qeyd etmişdir ki,Alınmaz qala sayılan Şuşanı 2 il əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.Biz hər birimiz anlayırdıq ki,Şuşasız bizim tam qələbəmiz mümkun olmayacaq.Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişi ilə bağlı bəzi məqamları açığlayırdım.Təbii ki,hər şeyi deyə bilmirdim.Cəmi bircə dəfə demişdim ki,Şuşasız bizim Qələbəmiz yarımcıq olacaqdı.Şuşa-Qarabağın T A C I D I R! Şuşa-Azərbaycan xalqının ürəyidir!-deyən Prezident qeyd etmişdir.
Bizim bu Qələbəyə aparan xalqımızın güclü iradəsi,Vətən sevgisi və hərbiçilərmizin peşəkarlığı idi.
Şuşa azad edildikdən sonra İ.Əliyev, V.Putin və N.Paşinyan arasında 2020-ci ilin noyabrın 9-da bütün döyüş əmliyyatlarının dayandırılması haqında atəşkəs bəyanatı imzalandı.Bəyanatın birinci maddəsinə əsasən 2020-ci ilin noyabrın 10-dan Moskva vaxtı ilə 00:00-dan Dağlıq Qarabağın münaqişə zonasinda bütün döyüş bölgələrində döyüş əməliyyatları tam dayandırılır.
2020-ci ilin noyabrın 20-də Ağdam,noyabrın 25-də Kəlbəcər,dekabrın 1-də Laçın bir atəş belə açılmadan geri qaytarıldı.
2024-cü ilin məlumatına əsasən Azərbaycan ordusu dünyanın 145 ölkəsinin ən güclü ordusu arasında 59-cu yerdərdir.
1994-cü ilin iyununda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı Ulu Öndər Azərbaycan nümayəndə heyəti ilə birlikdə Məkkə və Mədinə şəhərlərinə ziyarətə getmişdir.
H.Əliyev və İ.Əliyev Məkkədə Kəbə evinə daxil olaraq namaz qılmış və H.Əliyev ALLAHA dualarında tezliklə Dağlıq Qarabağın azad edilməsini arzu etmişdir.
Prezident İ.Əliyev 4 dəfə Məkkə və Mədinə şəhərlərində ziyarətdə olmuş və ailə üzüvləri ilə Kəbə evinə daxil olub namaz qılmış və Allaha dualarında 2 arzusunu ifadə etmişdir:
1-İşğal edilmiş torpaqlarımızın azad edilməsinin və 2-cisi Heydər məscidinin inşa edilməsini.
Biz 2023-cü ilin mayında 4-cü dəfə Məkkədə ziyarətdə olarkən qaldığımız Svissotel otelinin birinci mərtəbənin dəhlizində bizi görən otelin işçilərindən biri ucadan qışqırdı..
“Azəri...azəri” Bu səsi eşidən yaxınlıqdakı mağazanın satıcısı və ya sahibkarı olan 45- 50 yaşlı bir kişi dəhlizə çıxaraq bizi salamlayaraq sağ əlini yuxarı qaldıraraq ucadan,şən,sevincli səslə ucadan qışdırdı.. İ L H A M Ə L İ Y E V!... İ L H A M Ə L İ Y E V!...
Biz mat qaldıq, hamımız bir an ayaq saxladıq.
ABŞ tutmuş Avstraliyadək dünyanın 100 dən çox müxtəlif ölkələrindən gəlmiş 100 minlərlə,milyonlarla zəvvar arasından, 2 milyon zəvvarın yerləşdiyi bir oteldə azərbaycanlı zəvvarları tanıyıb,Azərbaycan Respublikasının Prezidentinin adını yüksək səviyyədə hörmətlə səsləndirilməsi bizim hər birmiz üçün gözlənilməz idi. Donub qaldıq.Sevindik.
Göz yaşlarımızı saxlaya bilmədik.Biz qürur hissi keçirdik.Fəxir etdik.
Həmin gün ziyarətimiz zamanı Kəbə evinə əlimizi qoyaraq İ.Əliyev cənablarına,Azərbaycan dövlətinə və Azərbaycan xalqına dualar etdik.
2020-ci il Zəfər ili kimi qaldı tarixdə.
Vətən müharibəsində 2783 nəfər həlak olmuşdur.
2020-ci ilin 9 dekabr tarixli Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə 83 nəfərə”Vətən Müharibəsi Qəhramanı” adı verilmişdir.
44 günlük Vətən müharibəsinin əsl baş qəhramanı İ.Əliyev oldu.
Müzəffər Alı Baş Komandan İ.Əliyev diplomtiya və informasiya müharibəsinində yeganə baş qəhramanıdır.
Azərbaycan Respublikasının Prezidenti nə hərbi təhsil alıb,nədə peşəkar zabit kimi orduda xidmət edib.
II Qarabağ müharibəsi ilk döyüşü,Alı Baş Komandan kimi rəhbərlik etdiyi ilk hərbi əməliyyatı oldu.
II Qarabağ müharibəsində ərazilərimzin 16% azad edilmişdir.
II Qarabağ müharibəsindən sonra 2022- ci ilin martın 24 dən-28-dək Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilmiş “Fərux əməliyyatı,”2022-ci ilin avqustun 3- də keçirilmiş “Qisas əməliyyatı,”2023-cü ilin sentyabrın 19-da Qarabağda keçirilmiş “Dəqiq zərbə əməliyyatı”adlı antiterror tədbirləri neticəsində Azərbaycan dövləti öz suverenliyini bərpa etmişdi.
Xəzər Strateji Araşdırmalar İnstitunun Baş direktoru,ehtiyatda olan polkovnik,politoluq İqor Korotçenko qeyd etmişdi ki, müasir dövrdə
İlk dəfədir ki,ərazisi işğal olunmuş ölkə qələbə qazanıb. O qeyd etmişdir ki, məhz İ.Əliyev şəxsi keyfiyyətləri,strateji düşüncəsi və dəmir iradəsi sayəsində Azərbaycan dövləti Zəfər qazandı.
Biz deyərdik ki, nəinki müharibə meydanlarında eyni zamanda dövlətlərarası münasibətlərdə də dərin zəkası ilə, cəsarəti və məntiqi ilə, imzası qədər qiymətli olan mərd sözü ilə uğur qazanmışdır İ.Əliyev cənabları.
İ.Əliyev cənabları bizim F Ə X R İ M İ Z D İ R!
...Və hər bir Azərbaycanlının F Ə X R İ D İ R!
Azərbaycanda ... da ... Azərbaycandan minlərlə km uzaqlarda da.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi, əməkdar müəllim Mehran Əhməd qızı
8 Noyabr 2024-cü il