Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Regional Ədliyyə şöbəsində “Bələdiyyələrdə mühasibatlıq uçotunun təşkili” mövzusunda təlim kursu keçirildi.

04 sentyabr 2013 | 15:00

03.09.2013-cü il tarixdə saat 1000-da, Şirvan Regional Ədliyyə şöbəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Şirvan Regional Ədliyyə şöbəsi tərəfindən Şirvan şəhəri, Sabirabad, Hacıqabul rayonlarının bələdiyyə mühasibləri üçün “Bələdiyyələrdə mühasibatlıq uçotunun təşkili” mövzusunda təlim kursu keçirildi. Təlim kursunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin maliyyə məsələləri üzrə mütəxəssisi Fərəcov Zöhrab Əli oğlu,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin məsləhçiləri Mehdi Abdullayev, İbad İbadov və 45 nəfər iştirak etmişdir.

Keçidlər