Şirvan şəhərində ali məktəbə qəbul olan tələbələrlə görüş olub
Şirvan şəhərində bu il ali məktəbə qəbul olan tələbələrlə görüş keçirilib. Tələbələr və müəllimlər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Mədəniyyət evində keçirilən tədbirdə təhsil şöbəsinin müdiri Paşa Nəbiyev çıxış edərək bildirib ki, bu il ali məktəblərə qəbul olmaq üçün Şirvan şəhərindən 457 nəfər məzunumuz sənəd verib. Bunlardan 302 nəfəri imtahanlarda yüksək nəticə əldə edərək tələbə adını qazanıb. 302 məzunlarımızdan 31 nəfəri şəhərimizdə fəaliyyət göstərən Türk liseyinin şagirdləridir. Qalib olan gənclərimizdən 34 nəfəri 500-dən artıq, 12 nəfəri isə 600-dən artıq bal toplayıb. Ötən illə müqayisədə bu il qəbul olan məzunlarımızın sayı 8 % artıb. Təkcə 10 saylı orta məktəbdən bu il ali məktəbə 67 nəfər məzunumuz qəbul olub. Orta məktəbi bitirən şagirdlərimizdən 13 saylı orta məktəbin məzunu Tural Məmmədov qızıl medala layiq görülüb və 626 bal toplayaraq Tibb Universitetinə daxil olub. Türk liseyinin məzunu Bəşirov Balaqardaş da qızıl medala layiq görülərək imtahansız Kanadanın Toronto Universitetinə daxil olub.
Tələbə adını qazananlardan Tural Məmmədov çıxış edərək sevincini tədbir iştirakçıları ilə bölüşüb. Gənclərə üzünü tutaraq bildirib ki, hər bir insan qarşısına məqsəd qoysa arzularına yetişə bilər: "Mən təhsil alacağım universitetdə Şirvan şəhərini layiqincə təmsil edib, yüksək biliyə yiyələnib sakinlərimizə xidmət etməyə qayıdacağam. Bizə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə prezidentimiz İlham Əliyevə, eyni zamanda icra hakimiyyətinin başçısı Mərdan Camalova minnətdarlığımızı bildiririk".
10 saylı məktəbin direktoru Arif Əliyev, 13 saylı məktəbin müəlliməsi, Tural Məmmədovun sinif rəhbəri Paşayeva Minarə, valideyinlərdən Pirimin Şəhla çıxış edərək tələbələri, müəllimləri, valideyinləri həmçinin şəhər rəhbərliyini təbrik etdilər. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək tələbə adını qazanmış və həyatda ilk uğurlarını əldə edən gənclərə tövsiyələrini verərək bildirib ki, sizlər bu gün hər birimizi sevindirən nailiyyət əldə etmiziniz. İlk öncə sizin kimi layiqli övlad yetişdirən valideyinlərə minnətradlığımı bildirirəm. Bundan sonra oxuyacağınız ali məktəbdə ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin müdrik kəlamını daim xatırlayın: “Düşünməyin ki, Azərbaycan dövləti sizin üçün nə edib. Düşünün ki, siz Azərbaycan dövləti üçün nə etmisiniz”. Çalışın gələcəkdə müstəqil Azərbaycan dövlətinə savadlı, bacarıqlı, intelektual səviyyəli kadr kimi xidmət edəsiniz.
Şəhər rəhbəri Mərdan Camalov dövlət başçısı İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gənclərə göstərilən qayğıdanda danışıb və gənclərimizi dövlətimizə, dövlətçiliyimizə sədaqətli olmalarını tövsiyə edib. İcra başçısı ali məlktəbə yüksək balla qəbul olan məzunlara hədiyyələr təqdim edib.
Sonda xatirə şəkili çəkilib.