“İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi.
27 sentyabr 2018 | 16:00
27 sentyabr 2018-ci il tarixdə saat 11:00-da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi.