“Gənc nəslin tərbiyyəsində və tədrisin keyfiyyətinin artırılmasında müəllimin rolu” mövzusunda mühazirəsi təşkil olundu.
01 oktyabr 2018-ci il tarixdə saat 11:00-da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 01 oktyabr – Beynəlxalq Ahıllar günü və 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə Fondun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Gənc nəslin tərbiyyəsində və tədrisin keyfiyyətinin artırılmasında müəllimin rolu” mövzusunda mühazirəsi təşkil olundu.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təmsilçiləri sektor müdiri, dosent Xatirə Hüseynova, Mətbuat katibi Ceyhun Musaoğlu, Aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Abbas Əliyev, “Azərbaycan Müəllimi” qəzetinin əməkdaşı Jalə Məmmədli iştirak etdi.