2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirildi.
09.09.2013-cü il tarixdə saat 11.00-da İcra Hakimiyyətinin akt zalında təhsil işçilərinin “2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirildi. Konfransda İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Afət Süleymanova və 300 nəfər təhsil işçisi iştirak etdi.
Konfransda Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev 2012-2013-cü tədris ilində əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə Şirvan Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən məktəblərin maddi texniki bazasının möhkəmləndiyini, şəhərdə yeni məktəblərin, əlavə tədris korpuslarının tikildiyini digər məktəblərin əsaslı təmir olunduğunu, zəruri texniki vasitələrlə təchiz edildiyini qeyd etdi. Bu qayğının nəticəsi olaraq ildən-ilə ali məktəblərə qəbul olunanların sayının davamlı olaraq artdığını, ali məktəblərə qəbul zamanı yüksək bal toplayanların şəhər rəhbərliyi tərəfindən mükafatlandırıldığını qeyd etdi. Əldə olunan uğurlara görə təhsil işçiləri adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Afət Süleymanova Təhsil Naziri Mikayıl Cabbarovun adından müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Onlara uğurlar arzuladı. Təhsil sistemində mövcud olan problemlərə toxundu. Onların aradan qaldırılması istiqamətində təklif və tövsiyyələrini verdi. Konfransda çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov ötən tədris ilində yol verilən nöqsanlardan danışdı. Təhsil sistemində mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyyələrini verdi. Konfransda ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.