Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda YAP-ın təbliğat kampaniyası çərçivəsində ilk görüş keçirilib.

17 sentyabr 2013 | 15:00

YAP Şirvan şəhər təşkilatının təşkil etdiyi seçicilərlə ilk görüş Şirvan kinoteatrında baş tutub.  Seçicilərlə görüşdə Şirvan şəhərinin yetirmələri - millət vəkili Rəfayıl Cəbrayılov və Təhsil Problemləri İnstitutunun elmi katibi, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov iştirak edib.Görüşü giriş sözü ilə YAP Şirvan təşkilatının sədri Əbülhəsən İbrahimov açaraq sözü millət vəkili Rəfayıl Cəbrayılova verib. R.Cəbrayılov həmyerlilərini salamlayaraq ilk öncə bildirib ki, qarşıdan gələn 9 oktyabr Prezident seçkisində vətəndaş olaraq hər birimiz iştirak etməliyik: "Sizin seçki günü seçki məntəqəsinə gələrək səsvermədə iştirakınız konstitusiyon hüququnuzdur. "Mən seçkidə iştirak etməsəm də seçki onsuz baş tutacaq", fikri yanlışdır. Seçkidə gəlib kimə səs vermək isə insanın vicdanı ilə öz arasında olan məsələdir. Səs verəndə bu gün Azərbaycanda sizlərin şahidliyinizlə baş verən dinamik dəyişiklikləri, 20 il dundan öncəki ölkəmizin durumunu müqayisə etməlisiniz. Reallıq ondan ibarətdir ki, Azərbaycan 10 il ərzində cənab Prezidentimiz İlham Əliyevin sayəsində bütün sahələrdə inkişaf edib. Bu inkişafı xaricdən gələn qonaqlar da təəccüblə qeyd edir və bizlərə qibtə edirlər. Bu gün müəyyən sahələrdə çatışmazlıqlar da mövcuddur. Lakin 20 il bundan öncə ilə müqayisə edəndə başqa mənzərə, Azərbaycanın hüquqi, güclü, sabit dövlət olduğunu görürük". R.Cəbrayılov 9 oktyabrda hər zaman dövlətinə sadiq olan Şirvanlıları İlham Əliyevə səs verməyə çağırıb. Professor Akif Abbasov çıxış edərək konkret statistik rəqəmlərlə bütün sahələrdə irəliləyiş olduğunu və bu inkişafın davamlı olması üçün Şirvanlıları İlham Əliyevə səs verməyə səsləyib.

Keçidlər