N.Nərimanov adına istirahət parkında aparılan əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi.
N.Nərimanov adına istirahət parkı 1970-ci illərdə tikilib şəhər əhalisinin istifadəsinə verilmişdir. Həmin müddətdən hal-hazıradək parkda abadlıq və tikinti işləri aparılmamış, park yararsız hala düşmüşdür. 2013-cü ilin may ayından başlayaraq N.Nərimanov adına parkda əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır.
N.Nərimanov parkının ərazisinə 2400 m2 tamet örtük vurulmuş, 50 m2 sahədə ağlaydan pilləkanlar tikilmiş, parkın mühafizəsi üçün 520 p/m ağlay üzlük materialından hasar tikilərək 470 p/m dəmir barmaqlıqlar quraşdırılmış, 3400 p/m beton bardyur döşənmişdir. Parkda 20 ədəd müasir oturacaqlar, 24 ədəd zibil qutuları, 1200 p/m elektik kabeli çəkilərək 32 ədəd Türkiyə istehsalı olan işıq dirəkləri quraşdırılmışdır. Parkın mərkəzində Çin Xalq Respublikasından gətirilmiş müasir, işıqlı və rəqs eləyən fontan komleksi quraşdırılmış və fontanın ətrafına əhalinin istirahəti üçün ağlay üzlük materialı ilə dairəvi oturacaqlar düzəldilmişdir. Parkın ərazisində Türkiyə istehsalı olan 3 ədəd müasir tipli Uşaq Əyləncə Mərkəzi quraşdırılmış və həmin əraziyə 52 p/m dekorativ metal hasar çəkilmişdir. Parkda iki tərəfdən müasir görünüşlü giriş kompleksi tikilmişdir.
N.Nərimanov adına istirahət parkında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir.
Açılış mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri və şəhər sakinləri iştirak etmişdir.