“Regionda yerləşən struktur bölmələri və digər aidiyyati dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilir.
15 - 16 noyabr 2018-ci il tarixlərdə Hacıqəhrəmanlı qəsəbəsində, “Cənub” və “Şirvan” İstilik Elektrik stansiyalarının ərazisində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Neftçala rayonlarından gələn dövlət qurumlarının iştirakı ilə Şirvan şəhər ərazisində baş vermiş fövqəladə hadisələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılmasında qəza-xilasetmə işlərinin təşkili, əhalinin köçürülməsi (təxliyəsi) tədbirlərinin yerinə yetirilməsi məqsədilə, fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlığın daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı qarşıya qoyulan tapşırıqların birgə fəaliyyətdə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanması istiqamətində “Regionda yerləşən struktur bölmələri və digər aidiyyati dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilir.