Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr – Azərbaycan Respublikasının Milli Dirçəliş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.

16 noyabr 2018 | 16:00

16 noyabr 2018-ci il tarixdə saat 11:00-da 17 noyabr – Azərbaycan Respublikasının Milli Dirçəliş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi, şəhərin Xəqani küçəsi 3 və 4 saylı yaşayış binalarının qarşısında hər cür şəraiti olan yeni salınmış 28-ci nümunəvi məhəllənin və xeyir-şər evinin açılışı oldu.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqan rəhbərləri, digər təşkilat və müəssisə rəhbərləri iştirak etdi.

Açılışda 3 və 4 saylı yaşayış binalarının sakinləri ilə yanaşı qonşu bina sakinləri də iştirak edirdilər. Sakinlər nümunəvi məhəllənin salınması ilə əlaqədar ökədə və şəhərdə aparılan abadlıq-qurucluq işlərinə görə cənab Prezidentə öz minnətdarlıqlarını bildirdilər. Sakinlər onları maraqlandıran bir çox suallar ünvanladılar.Sakinlər yaşadıqları binaların zirzəmisində olan kanalizasiya və su borularının bərbad vəziyyətdə olmasını bildirdilər.
Xəqani küçəsində yaşayan Bayramova Lətafət İrzəxan qızının qaza olan borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Xəqani küçəsində yaşayan Bayramova Lətafət qonşusu, ruhi xəstə olan Süleymanov Mehdi Diləm oğluna məxsus olan evin kanalizasiya sisteminin qaydaya qoyulması ilə bağlı müraciət etmişdir.
Məhəllə sakinləri xeyir-şər evinin qaz və su xətlərinin çəkilməsi ilə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digər problemlərlə bağlı şəhər rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

Keçidlər