Şirvan şəhər 13 saylı orta məktəbdə İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və Şirvan şəhərinin Hüquq Mühafizə orqanlarının iştirakı ilə səyyari qəbul keçirildi.

Səyyari qəbulda şəhərin Mehmandarov, İsmət Qayıbov, Gülbala Şıxbalaoğlu, Şirin Şükürov, Əzizbəyov, 28 May, Mahir Mirzəyev küçələrindən olan sakinlər ümumilikdə 120 nəfər vətəndaş iştirak etdi. Qəbulda iştirak edən şəhər sakinləri cənab Prezidentə ölkədə görülən genişmiqyaslı quruculuq, abadlıq işləri, iqtisadiyyatın bütün sahələrində aparılan uğurlu inkişafa görə və Şirvan şəhərinə göstərdiyi diqqət və qayğıya görə (binaların dam örtüklərinin dəyişdirilməsi, yeni məktəblərin tikilməsi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması) dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Eyni zamanda Şirvan şəhərində aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə görə şəhər İcra Hakimiyyəti başçısına təşəkkür etdilər.
Vətəndaşlar müəyyən problemlərlə bağlı xüsusilə qaz, su-kanalizasiya, işıqlanma, yol, dam örtüyünün təmiri, qaza olan borcların araşdırılması ilə bağlı İcra Hakimiyyəti başçısına ayrı-ayrılıqda müraciət etdilər.