Şirvan şəhərində Prezident seçkilərinin keçirilməsi münasibəti ilə Zirvə toplantısı və konsert təşkil olundu.
Yeni Azərbaycan Partiyası Şirvanda izdihamlı Zirvə görüşü keçirib. YAP Şirvan şəhər təşkilatınin təşkil etdiyi “İlhamla İrəli” zirvə görüşü rəsmi hissədən və respublikamızın tanınmış sənətçilərinin konsert proqramından ibarət olub. Şirvan seçiciləri ilə görüşə Şirvan şəhərinin yetirmələri - millət vəkili Rafael Cəbrayılov və Təhsil Problemləri İnistitutunun elmi katibi, pedaqoji elimlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov gəliblər. “İlhamla İrəli” Zirvə görüşündə YAP Şirvan təşkilatının sədri Əbülhəsən İbrahimov çıxış edərək siyasi həmfikirlilərini və sadə vətəndaşları 9 oktyabrda keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıb. Millət vəkili Rəfayıl Cəbrayılov çıxış edərək həmyerlilərini hər zaman olduğu kimi builki seçkilərdə də dövlətçiliymizin yanında olaraq Ulu Öndər Heydər Əliyev siyasi kursuna səs verərək Azərbaycanımızın xoşbəxt gələcəyini İlham Əliyevə etibar edəcəklər. R.Cəbrayılov 9 oktyabrda hər kəsi seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verməyə çağırıb.
Professor Akif Abbasov öz növbəsində çıxış edərək həmyerlilərini Şirvan şəhərinin timsalında Azərbaycanın son 10 ildə inkişafına, yeniləşməsinə, çiçəklənməsinə diqqəti cəlb edərək bildirib ki, ölkəmizin prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, sosial yönümlü uğurlu siyasətin davamlı olması üçün 9 oktyabrda özünüzün bundanda yaxşı, firavan yaşamanıza səs verməlisiniz. Alqış sədalarında aydın olur ki, Şirvanlılar artıq İlham Əliyevə səs veriblər deyə A.Abbasov bildirib. Zirvə görüşü tanınmış müğənnilərin rəngarəng ifaları ilə davam edib. Gənclərin xüsusi fəallığıyla keçən tədbirdə hər kəs İlham Əliyevə səs verəcəyini bəyan edib.