Şirvan şəhərində Müqəddəs Qurban bayramı qeyd edilmişdir.
16 oktyabr 2013 | 15:00
15.10.2013-cü il tarixdə saat 09.00-dan başlayaraq şəhər ərazisində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı qeyd ediləcək, qurbanlar kəsiləcək, şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, II Dünya müharibəsi veteranlarına, Qarabağ, Çernobıl, gözdən əlillərə və digər güzəşt hüququ olan aztəminatlı ailələrə, kimsəsiz tənhalara qurban payları verilmiş, onların Qurban bayramları təbrik edilmişdir. Qurban bayramı mərasimində 1800 nəfər iştirak etmişdir.