Bayramlı qəsəbə İcra Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
24 yanvar 2019-cu il tarixdə saat 11:00-da İcra nümayəndəliyinin akt zalında Bayramlı qəsəbə İcra Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Yola saldığımız 2018-ci ildə ayrı-ayrı məsələlər üzrə Nümayəndəliyə 300-dən artıq şifahi və yazılı müraciət daxil olmuşdur.Nümayəndəlikdə vətəndaşların yazılı və şifahi müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, hər bir məsələyə aidiyyəti qurumların iştirakı ilə baxılmışdır. Sakinlərin müraciətləri mahiyyət baxımından belə sıralanır: su ilə bağlı 27 nəfər, qazla bağlı 5 nəfər, su nəqliyyat vasitəsilə bağlı 15 nəfər, işlə bağlı 3 nəfər, yolların narahat olması ilə bağlı 3 nəfər, internetlə bağlı 1 nəfər və sair olmuşdur. Bütün ərizə və şikayətlər mahiyyəti üzrə öyrənilmiş, zəruri olduqda onlardan sənədlər tələb olunmuş və onlara yazılı cavablar verilmişdir.Qaldırılan məsələlərin əksəriyyəti İcra Hakimiyyətinin və digər dövlət qurumlarının köməkliyi ilə öz müsbət həllini tapmışdır.
“Əhalinin özünü məşğulluğunu təmin olunması sahəsində əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 saylı Sərəncamının icrasını təmin etmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Özünü Məşğulluq Proqramına 5 nəfər qəsəbə sakini cəlb olunmuşdur və onlar maddi aktivlərlə təmin edilmişlər.
-Belə ki, mövcud bulaqların “Axmazüstü” yaşayış massivini də əhatə etməsinə zərurət vardır.
-İşsizliyin aradan qaldırılması üçün 2002-ci ildən fəaliyyətini dayandırmış “Muğan Pambıq” ASC-nin hər hansı bir profildə fəaliyyətinin bərpasına ehtiyac vardır.
-Qəsəbənin bir neçə dalanlarında qum-çınqıl örtüyünə, H.Cavid və M.Ə.Sabir küçələrinin bəzi hissələrində asfalt örtüyünun dağılmış hissələrinin bərpasına ehtiyac vardır.
-Qəsəbənin su və kanalizasiya sistemlərinin yenidən qurulmasına zərurət vardır.
Sakinlərdən
1. Əliyev Vasif Firudun oğlu – işlə təmin olunması ilə bağlı müraciəti.
Tapşırıldı: Məşğulluq Mərkəzinin direktoru Hüseynli Fərzəli və İcra Nümayəndəsi İlqar Qurbanov.
2. Əliyeva Səbiyyə Bəxtiyar qızı – övladı Əliyev Mahir Məmməd oğlunun işlə təmin olunması ilə bağlı müraciəti.
Tapşırıldı: Məşğulluq Mərkəzinin direktoru Hüseynli Fərzəli və İcra Nümayəndəsi İlqar Qurbanov.
3. Şükürov Laçın Baladadaş oğlu – Modul tipli su qurğusundan “Axmazüstü” yaşayış massivinin əhatə edilməsi üçün bulağların quraşdırılması ilə əlaqədar müraciəti.
Tapşırıldı: Su Kanal idarəsinin sahə rəisi Elşad Ağalarov və İcra Nümayəndəsi İlqar Qurbanov.
4. Əzəmi Bəxtiyar – 7 nömrəli marşurut mikroavtobusların pik saatlarda 07:00-dan – 09:00-dək intensivliyini artırmaqla bağlı müraciəti.
Tapşırıldı: İcra Hakimiyyətinin Başçısının müavini M.Mustafayevə və “Şirvan Nəqliyyat” ATSC-nin sədri T.Namazov.
5. Cabbarov Yavər Heybət oğlu – qəsəbənin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı müraciəti.
Tapşırıldı: Su Kanal idarəsinin sahə rəisi Elşad Ağalarov.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxlayacağını bildirərək icra nümayəndəliyinə ciddi tapşırıqlar verdi.
Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə Şəhər İcra hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.