Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov rayonlarından müraciət edən vətəndaşların qəbulunu keçirdi.

23 fevral 2019 | 16:00

23 fevral 2019-cu il tarixdə saat 11:00-da Şirvan Polis şöbəsində Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Biləsuvar, İmişli, Zərdab və Cəbrayıl rayonlarından müraciət edən vətəndaşların qəbulunu keçirdi.
Qəbul başa çatdıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə, habelə mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) işə qəbulla bağlı Şirvan şəhər polis şöbəsində sıra baxışı keçirildi.

Keçidlər