Şirvan şəhərində Kompleks Mülki - Müdafiə təlimi keçirildi.
15 noyabr 2013 | 16:00
14.11.2013-cü il tarixlərdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 28 oktyabr 2013-cü il tarixli 85 saylı sərəncamına əsasən Şirvan şəhərinin bütün idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Kompleks Mülki - Müdafiə təlimi keçirildi. Təlimdə Fövqəladə Hallar Nazirlininin Mülki - Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Vüsal Tahirov və 250 nəfər iştirak etdi.