Şriftin ölçüsü :

Saytın rəngi :

26 Fevral - Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumşəhər anım tədbiri keçirildi.

26 fevral 2019 | 16:00

26 fevral 2019-cu il tarixdə saat 11:00-da YAP Şirvan şəhər təşkilatında 26 Fevral - Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərlərinin iştirakı ilə ümumşəhər anım tədbiri keçirildi. Xocalı faciəsi zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonda Xocalı soyqırımını faktlarla əks etdirən sənədli film nümayiş olundu. Şirvan şəhərində məskunlaşmış Xocalıdan olan ailəyə maddi yardım göstərildi.

Keçidlər