Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı cənab M.T.Camalovun Hesabatı.

01 mart 2019 | 16:00

27 fevral 2019-cu il tarixdə saat 11:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində 2018-ci ildə Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli hesabat yığıncağı keçirildi.
Şəhər İcra Hakimiyyətinin Başçısı  Mərdan Camalov hesabat yığıncağında çıxış edərək, qeyd etdi ki, göründüyü kimi 2018-ci il ölkəmiz üçün bütün sahələrdə uğurlu olmuşdur. Azərbaycanın iqtisadi, siyasi nüfuzu daha da güclənmişdir. Şirvanlılar da ölkəmizin iqtisadi inkişafına öz töhfələrini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatları, son 14 ildə 8 dəfə Şirvan şəhərində səfərdə olması, mühüm əhəmiyyət kəsb edən istehsal, xidmət, səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərini yüksək dəyərləndiməsi hər bir şirvanlıda böyük ruh yüksəkliyi yaratmış, şəhərin sosial-iqtisadi inkişafına yeni töhfələr vermişdir.
Belə ki,

2018-ci ildə Şirvan şəhərində iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı (faktiki qiymətlərlə, min manat) aşağıdakı kimi olmuşdur

 

Cədvəldən göründüyü kimi 2018-ci ildə ümumi məhsul buraxılışı 2017-ci illə müqayisədə 22 faiz artaraq 777 milyon 810 min manat olmuşdur.
2018-ci ildə  hər bir istehlakçı orta hesabla ayda 316,8 manatlıq müxtəlif istehlak malları almış və ödənişli xidmətlərdən istifadə etmişdir ki, bu da 2017-ci illə müqayisədə 12,9 manat çoxdur.
Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 445,5 manat təşkil etməklə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox olmuşdur.
2018-ci ilin  dövlət büdcəsinin Şirvan şəhəri üzrə  yerli gəlirləri 8049,0 min manat proqnoza qarşı 8309,8 min manat və ya 103,2 faiz yerinə yetirilərək büdcəyə proqnozda nəzərdə tutulduğundan 260,8 min manat çox vəsait daxil olmuşdur.
2018-ci ilin yerli xərclərin icrası 7 milyon 953.0 min manat olmuşdur ki, bunun da 674,2 min manatı ümumdövlət tədbirlərinə, 794,3 min manatı məktəbəqədər təhsil tədbirlərinə, 4 milyon 192,6 min manatı səhiyyə tədbirlərinə, 159,2 min manatı bədən tərbiyyəsi və idman tədbirlərinə, 1954,7 min manatı mənzil-kommunal təsərrüfatı tədbirlərinə, 177,8 min manatı isə sair tədbirlərin icrasına yönəldilmişdir. Yerli xərclərin 5 milyon 146,3 min manatı və ya 64,0 faizi sosial-mədəni tədbirlərin maliyyələşdirilməsinə ayrılmışdır.
2018-ci ildə şəhər üzrə yerli xərclər tamamilə yerli gəlirlərdən daxilolmalar hesabına maliyyələşdirilmiş, qanunla müdafiə olunan və onlara bərabər tutulan xərclər  vaxtında ödənilmiş, əmək haqqı və ona bərabər tutulan xərclərin ödənilməsində gecikmələrə yol verilməmişdir.
Hesabat dövründə əhalinin normal elektirik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə diqqət artırılmışdır.
Əhalinin təbii qaza olan tələbatını yaxşılaşdıraq məqsədilə 2018-ci il ərzində şəhər üzrə 2460 p/m müxtəlif diametrli istismara yararsız qaz xəttləri yenilənmiş, 3057 p/m müxtəlif diametrli torpaqla təmasda olan daşıyıcı qaz xəttləri sökülərək yeni dayaqlar üzərində quraşdırılmışdır.
“Azərişıq”ASC-nin rəhbərliyinin yaxından köməkliyi nəticəsində 2018-ci ildən başlayaraq həmin yaşayış massivində fərdi təsərrüfatlara elektrik enerjisinin çəkilməsinə başlanılmışdır. Hazırda həmin yaşayış massivində 1 ədəd 630 və 1 ədəd  160 KVA gücündə müasir tipli transformator qoyulmuş, 250 ədəd dayaq quraşdırılmış, 15 min metr müxtəlif kabel və naqillərdən istifadə olunmaqla 10 küçəyə elektrik xətti çəkilmiş, digər küçələrdə işlər davam etdirilir.
Şəhərin su təchizatının və kanalizasiya sisteminin yaxşılaş-dırılması məqsədi ilə 24 min 600 paqono metr  müxtəlif diametrli mərkəzi və məhəllədaxili yeni su xəttləri çəkilmiş, 105 ədəd  çoxmənzilli yaşayış binalarının su xəttləri yenilənərək xəttlər üzərinə su sayğacları quraşdırılaraq istifadəyə verilmişdir.
Şəhərin H.Əliyev prospekti boyunca diametri 1000 mm-lik 2 min 750 paqono metr yeni mərkəzi kanalizasiya xətti çəkilmiş, Energetik küçəsində 400 mm-lik 350 paqono metr kanalizasiya xəttinin çəklişi yekunlaşmış, F.Eynullayev küçəsində yeni kanalizasiya xəttinin çəkilişinə başlanılmış, H.Əliyev prospekti boyunca 4 hissədə köhnə kanalizasiya sistemi yeni kanalizasiya xəttinə birləşdirilmişdir. Hesabat dövründə əhali sektoruna 3 min 731 ədəd su ölçən cihazları quraşdırılmışdır.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin yetişdirilməsi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmişdir. 2018-ci ildə Şirvan şəhərindən ali təhsil ocaqlarına sənəd verən 735 nəfərdın 376 nəfəri (51%) qəbul olmuşdur.
Şəhərin səhiyyə müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması sahəsində də bir sıra işlər görülmüşdür. 2018-ci ildə Şirvan şəhər Mərkəzi Xəstəxanasında 18 yaşından yuxarı 61 min 811 vətəndaş müayinə olunmuş, onlardan 53 min 730 nəfəri sağlam bilinmiş, 7 min 400 nəfər ambulator, 580 nəfər stasionar müalicəyə cəlb olunmuş, 101 nəfər Bakı şəhər xəstəxanalarına göndərilmişdir.
2018-ci il ildə şəhərdə işsiz və işaxtaran qismində müraciət edən 1149 nəfərdən 1106 nəfəri  işə götürülmüş,  onlardan da 510 nəfəri yeni yaradılan iş yerləri ilə  təmin edilmişdir. Hesabat dövründə 25 nəfər işaxtaran  vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilmişdir.
Hesabat  ili ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Özünüməşğulluq proqramı” Şirvan şəhərində də uğurla həyata keçirilmişdir. Mərkəzə müraciət etmiş işsiz və işaxtaran vətəndaşlardan 56 nəfəri öz ailə bizneslərini yaratmaları üçün Proqrama cəlb edilmişdir. Öz biznes planlarını uğurla müdafiə edən vətəndaşlara hazırda biznes planda göstərilən aktivlərin (mal və materiallarla) verilməsi davam etdirilir. Əvvəlki illərdə olduğu kimi 2018-ci il ərzində şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmişdir.
    “Şəhidlər Xiyabanı”nda, Heydər Əliyev Meydanında, Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə, G.Şıxbalaoğlu, Energetik, T.İsmayılov, L.İbrahimov küçələrində ümumilikdə 3 seksiyalı müasir dayanacaq quraşdırılmış, 6 min 625 m2 döşəmə tamet tavalarla üzlənmiş, 2680 m beton bardyurlar düzülmüş və 1500 m2 səkiyə asfalt beton örtük vurulmuşdur. 
“Respublikamızın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.10.2018-ci il tarixli sərəncamına müvafiq olaraq Şirvan şəhərində 43 çoxmənzilli  binanın yastı dam örtükləri, 29 çoxmənzilli binanın  çardaqlı dam örtükləri, ümumilikdə  72 çoxmənzilli binanın dam örtükləri təmir edilmişdir.
2018-ci ildə şəhərin müxtəlif ərazilərinə 3980 ədəd  ağac, 1390 m2 döşəmə çim çəmən, 11 min 700 ədəd  müxtəlif növ gül və qızıl ğül kolları əkilmişdir.  Abadlıq-tikinti işləri davam etdirilir.
Şəhərin park və xiyabanlarının, prospekt və küçələrinin fasiləsiz işıqlanması, bardyurlarıln müntəzəm olaraq rənglənməsi, məişət tullantılarının vaxtında daşınması təmin edilmişdir.
2018-ci il ərzində Şirvan şəhər İcra Hakimiyyətinə dövlət hakimiyyəti orqanlarından və digər mərkəzi icra hakimiyyəti orqanlarından baxılmaq üçün 322 müraciət daxil olmuşdur. Bunlardan 316-sı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 2-si Nazirlər Kabinetindən, 4-i isə respublikanın digər  qurumlarından daxil olmuşdur.
Hesabat dövrü ərzində şəhər İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan bilavasitə 293 ərizə, təklif və şikayət daxil olmuş, hər bir müraciətə baxılması axıradək izlənmiş, nəticəsi barədə vətəndaşa əsaslandırılmış və dolğun cavab verilmişdir.
2018-ci il ərzində İcra Hakimiyyəti Başçısı tərəfindən şəhərin müxtəlif ünvanlarında 40 səyyari qəbullar keçirilmiş, 634 vətəndaş fərdi qaydada qəbul edilmiş, onların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşaraq, qanunla qorunan hüquqlarının təmin olunmasına köməklik göstərilmişdir.
Şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəldilən bütün tədbirlər həmişə olduğu kimi bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır.
Sonra hesabat məruzəsi ətrafında YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Şirvan Olimpiya İdman Kompleksinin direktoru İlham Səfərov, “Araz” zavodunun direktor əvəzi Saməddin Səfərov və Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov çıxış etdilər.
Hesabat yığıncağında Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov çıxış etdikdən sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevə müarciət qəbul edilmişdir.

Keçidlər