Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə müşavirə keçirildi.

15 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixdə saat 11:00-da 18 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən ümumtəhsil orta və məktəbəqədər uşaq müəssisələrinin rəhbər və tibb heyəti işçilərinin iştirakı ilə “Uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği,narkomaniya, spirtli içkilərin və tütün çəkmənin zərərlərinə dair” mövzularında seminar müşavirə keçirildi. 
Müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYYGB-nin müdiri İqbal Səfərova və həkim gigiyenist Narınc Orucova iştirak etdi.

Keçidlər