Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumşəhər el şənlikləri keçirildi.
19 mart 2019 | 16:00
19 mart 2019-cu il tarixdə saat 15:00-da “Yeganə” şadlıq sarayında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumşəhər el şənlikləri keçirildi.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdi.
Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Vasif Əzimov, Ədalət Şükürov, Mənsum İbrahimov və Allahverdi Yolçuyevin iştirakı ilə böyük konsert proqramı ilə çıxış etdilər.