Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

30 noyabr 2013 | 16:00

29.11.2013-cü il tarixdə saat 1100-da Şirvan Gömrük İdarəsinin inzibati binasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların gömrük problemləri ilə əlaqədar şikayətlər, işə qəbul və gömrük proseduralarına dair təkliflər Komitə sədri tərəfindən dinlənilib. Bəzi məsələlərin yerində həll olunması, digər məsələlərin isə aidiyyəti qurumlara göndərilməsi üçün göstəriş verilib.

Keçidlər