“Biz artıq 10 milyonluq ölkəyik, xalqımızı təbrik edirik” mövzusunda tədbir keçirildi.
08 aprel 2019-cu il tarixdə Şirvan şəhər İcra Hakimiyətinin Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsinin qeyd olunması ilə bağlı tədbirlər planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində iməcliklər keçirilmiş, müxtəlif ağac və gül kolları əkilmişdir. Şəhərin mərkəzində quraşdırılmış reklam monitorunda “Biz artıq 10 milyonluq ölkəyik, xalqımızı təbrik edirik” mövzusunda reklam çarxı yerləşdirilmiş, Heydər Əliyevin adını daşıyan meydanında məktəblilərin iştirakı ilə “Flashmob” kütləvi tədbiri keçirilmişdir. Tədbirlərin davamı olaraq şəhərin Heydər Əliyev parkında mədəniyyət və incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təşkil edilmiş, sakinlərə xoş bayram ovqatı bəxş edilmişdir. Tədbir atəşfəşanlıqla başa çatmışdır.