Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi.

13 dekabr 2013 | 16:00

12.12.2013-cü il tarixdə saat 10:00-dan başlayaraq Heydər Əliyev meydanında, Heydər Əliyevin abidəsi qarşısında Şirvan şəhərində yerləşən sənaye, təhsil, səhiyyə müəssisələrin kollektivlərinin, o cümlədən şəhər ictimaiyyətinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi. Mərasimdə  Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri iştirak edərək və Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyaraq, Heydər Əliyevin əziz xatirəsi yad edildi və Heydər Əliyev Mərkəzi ziyarət olundu. Tədbirdə 3000 nəfər iştirak etdi. Axşam saat 1700-dan başlayaraq isə 800-1000 nəfər şəhər sakininə ehsan süfrəsi verildi.

Keçidlər