Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq havada Beynəlxalq Sülh Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

21 sentyabr 2022 | 18:07

21 sentyabr 2022-ci il tarixdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Şirvan Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı, "Təhsildə İnkişaf və İnnovasiyalar  Üzrə" təşkil olunmuş VI qrant layihənin dəstəyi ilə 21 Sentyabr–Beynəlxalq Sülh Günü münasibətilə açıq havada rəsm müsabiqəsi təşkil olunub. Müsabiqədən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Dövlət Rəsm Qalareyasının direktoru Çinarə Vəliyeva gənclərə Beynəlxalq Sülh Gününün müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrildiyini vurğulayaraq, gənc rəssamlara uğurlar arzulayıblar. 31 nəfər gəncin iştirak etdiyi müsabiqədə 1 saat müddətində mövzu ilə bağlı rəsmlər çəkiblər. Ən çox bəyənilən rəsmlər ilk 3 yerə layiq görülüb. Birinci yerin qalibi Fatimə Hüseynli, ikinci yerin qalibi Röya Əhmədova, üçüncü yerin qalibi isə Zərifə Adilova olub. 7 iştirakçı isə həvəsləndirici diplomlarla təltif olunub. Qaliblər Gənclər Evi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. Gənclərimizə növbəti müsabiqələrdə uğurlar arzulayırıq! Sülh gününüz mübarək olsun!

 

 

 Mətbuat xidməti

Keçidlər