Şriftin ölçüsü :

Saytın rəngi :

Ağazər Şükürov və Jalə Müslümova Fəxri Fərmanla təltif edilib.

17 dekabr 2025 | 15:37

Dekabrın 17-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov uzun illər tibb sahəsində çalışmış, təqaüddə olan və 75 yaşını qeyd edən Ağazər Şükürov və xəstənin həyatının xilas edilməsi istiqamətində yüksək peşəkarlıq nümayiş etdirmiş “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 2-ci Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Jalə Müslümova ilə görüşüb.

İlqar Abbasov yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Ağazər Şükürov 75 illik yubileyi münasibətilə, tibb sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə və şəhərin ictimai həyatında fəal iştirak etdiyinə görə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Həmçinin ötən günlərdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-də müalicə olunan xəstənin həyatının xilas edilməsində göstərdiyi müstəsna xidmətlərə, yüksək peşəkarlığa və həkim etikası prinsiplərinə sadiqliyinə görə xəstəxanın 2-ci Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Müslümova Jalə Aqil qızı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Ağazər Şükürov və Jalə Müslümova səmimi təbriklərə görə təşəkkürlərini bildiriblər, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər