Anım Günündə Milli Qəhrəmanların büstləri və El qəbristanlığında dəfn olunmuş şəhidlərin məzarları ziyarət edilib.
27 sentyabr-Anım Günü münasibətilə ilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində gün ərzində bir sıra tədbirlər keçirilib. Anım Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şura üzvləri, Hüquq mühafizə orqanlarının, regional idarələrin, ictimai-siyasi qurumların rəhbərləri, şəhid ailələri və qazilər Şirvan şəhərindən Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanlar Nofəl Quliyevin, Rəfael Həbibovun, Tahir Bağırovun büstlərini və Şirvan şəhər El qəbristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər. Büstlərin və məzarların önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Din xadimlərinin iştirakı ilə şəhidlərin ruhlarına dualar oxunub.
Mətbuat xidməti