Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir.
Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq platformalarda da öz sözünü deyir. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir. Heç şübhəsiz, ölkəmizin bu uğurlarının arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır. Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul tarixində Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ölkəmizlə Çin arasında əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda, istərsə də bu ölkədə Çinin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Öz növbəsində Prezident İlham Əliyev də Çin Xalq Respublikasına dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər edib. Azərbaycan üçün Çin ilə münasibətlər prioritet istiqamətdir və dövlət başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edir və güclənməkdədir. Biz bu dostluğun təcəssümünü pandemiya günlərində bir daha gördük. Prezidentimiz müsahibəsində bu məqamı yada salara deyib ki, COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu. Çin, bu dəstəyi insanlığa olan dəyər və qiymətinin göstəricisidir. Bundan başa isə Çin Azərbaycana olan dotluğunu və sadəqtini həmin günlər bir daha sübut etmişdir. Cənab İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Müsahibədə cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Göründüyü kimi, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Çin və Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Prezident cənab İlham Əliyevin “China Global Television Network” televiziya kanalına müsahibəsi Azərbaycanı Çin Xalq Respublikasına daha da yaxından tanıtmaq, həmçinin iki ölkə arasından dostluq və mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm önəm daşıyır.
Ramil Tağıyev
Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ-nin direktoru