Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirici tədbir keçirilib.

04 aprel 2024 | 11:14
Aprelin 3-də Şirvan Gənclər Evində keçirilən tədbirdə Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafail Nəsirov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və gənclər iştirak ediblər.
Çıxış edənlər Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesindən, onun zənginliyindən və saflığının qorunmasından bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyəti diqqətə çatdırılıb.
Dilimizin özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğunu bildirərək, onun inkişafı və saflığının qorunması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər