Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıyan forum.
İşğaldan azad edildikdən sonra Şuşa şəhəri bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bir çox beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhərində 21 iyul 2023-cü il tarixində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplanıb. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması təsadüfi sayıla bilməzdi. İlk dəfə idi ki, dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Şuşada bir araya gəlmişdi. Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”. Xarici siyasətimizin strateji əsası real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir.Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa tarixi Qələbəmizin, sülhün rəmzidir. Bununı səbəbi odur ki, Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Tədbir iştirakçılarının azad olunmuş ərazilərdən keçərək Şuşaya daxil olmaları da xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, onlar Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəliblər ki, onu Zəfər yolu adlandırmışıq. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək.
Fəridə Yahyayeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru