Azərbaycan regionun lider dövlətinə,dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilir.
Xalqımızın böyük oğlu Ulu Öndərimiz Heydər Əliyevin balanslaşdırılmış siyasi kursunu ləyaqətlə davam etdirən ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Düzgün qurulmuş əlaqələr nəticəsində bölgəmiz sülh və firavanlıq işərisində inkişaf edir. Daşınmaların az vaxt itkisi ilə həyata keçirilməsi insanlığın ən böyük qazancıdır. Yeni yük qatarlarının alınması, gəmiqayırma zavodu, təmir emalatxanalarının açılması tərəqqinin əsl nümunəsidir. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Tranzit daşımalarının bu həcmdə artması iqtisadi yüksəlişə səbəb olur. Ölkələr arasında mehriban qonşuluq, qarşılıqlı faydaya əsaslanan münasibətlər formalaşır. Xalq firavanlıq işərisində yaşayır. Siyasi, iqtisadi cəhətdən gündən–günə qüdrətlənən Azərbaycan Respublikasında həyat səviyyəsi durmadan yüksəlir. Dövlətimiz regionun lider dövlətinə,dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycan Cənab İlham Əliyevin müdrik komandanlığı altında 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra igid oğullarımızın dastanlara yazılan qəhrəmanlığı, cəsurluğu sayəsində işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Bu yolların bir hissəsi tamamilə yenidir. Bu yollar sülh, qarşılıqlı anlaşma, firavanlıq yoludur. Dövlət başçısı cənab İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılmış və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Füzuli şəhərində benəlxalq hava limanı İstifidəyə verilmiş, Zəngilan şəhərində tikilən beynəlxalq hava limanı yaxın günlərdə istifadəyə veiləcək, Laçın rayonunda hava limanının tikintisi aparılır. Bu layihələrin reallaşması bölgənin loqistik imkanlarını genişləndirəcək. Sülhsevər siyasət yeridən Azərbaycan Respublikası beynəlxalq hüququn bütün prinsplərinə əməl edərək, səmrəsiz fəaliyyət göstərən beynəlxalq təşkilatlara öz idarəçiliyi ilə nümunədir. Qlobal təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verən ölkəmizin qoşulmama hərakatına rəhbərliyinin daha bir il artırılması ölkəmizə, cənab Prezidentimiz İlham Əliyevin şəxsiyyətinə olan böyük hörmətin təzahürüdür. Xalqımız bu siyasi kursu qətiyyətylə dəstəkləyir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliiyəti nəticəsində 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.Bu dəhliz Yaxın Şərq ölkələrinin Avropa,Afrika ilə münasibətlərinə.əlaqələrinə böyük töhfə verəcək. İnsanların həyat tərzi yaxşılaşacaq, yeni iş yerlərinin yaranması məşğulluğun yaxşılaşmasına, yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq. Xalqımızın yaradıcı,qurucu,sülhsevər xarakterinə uyğun olaraq öz alicənablğı ilə dünya liderləri işərisində seçilən cənab İlham Əliyev uğurlu xarici siyasət həyata keçirir. Azərbaycan dövləti Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır. Ermənistan rəhbərliyi özünün düşünülməmiş, imitasiya xarakterli hərəkətləri ilə bu prosesi uzatmağa çalışır. Nəticəsi isə özləri üçün ağır olur. 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Geniş miqyaslı toqquşmalarda həlak olan hərbiçılərin, dağıdılmış infrastrukturun məsuliyyətini onlar daşıyır. Ermənistanin rəhbərliyi bəşəriyyət qarşısında məsuliyyətini dərk etməli, doğru yol tutmalı, yaranmış geosiyasi reallığı qəbul etməlidir. Qoşulmama hərakatına üç illik rəhbərliyi dövründə Azərbaycan Respublikası, Ölkə Prezidenti cənab İlham Əliyev davamlı olaraq beynəlxalq təşkilatları effektiv fəaliyyət göstərməyə çağırır. Vaksin millətçiliyinə qarşı etiraz səsini ucaltdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmurdu. Bu qərarları Azərbaycan Respublikası öz gücünə həll etdi, Qafqazda, dünyada yeni reallıq yaratdı.
Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət,
humanitar təmayüllü məktəb-liseyin direktoru
Yusubov İsmayıl