Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 iyun 2023-cü il tarixində səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

17 iyun 2023 | 14:00

Sərəncama əsasən səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı ilə təltif edilib. Tərəqqi medalı ilə təltif edilənlər arasında Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimi Əkbərli Azər Aprel oğlu da var. Qeyd edək ki, Azər Əkbərli 22 noyabr 1963-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olub. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü il Bakı şəhər 1 nömrəli Klinik Xəstəxanasında internatura keçib. O, 2000-2007-ci illərdə Hacıqabul RMX-nın Poliklinika şöbəsində sahə həkimi-terapevt, 2008-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoq vəzifəsində işləyib. 2021-ci ildən xəstəxananın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq–reanimatoloq vəzifəsində çalışır. Şirvan Şəhər İcra Hakimiyyəti adından Azər Əkbərlini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər