Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
21 iyun 2025 | 15:56
21 iyun 2025-ci il tarixli Sərəncama əsasən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Elnur Ələkbər oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Möhtərəm Prezidentimizə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, təltif olunan dövlət qulluqçularını təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!






