Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

24 iyun 2024 | 15:33

24 iyun 2024-cü il tarixli Sərəncama əsasən Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin bpyük məsləhətçisi İsgəndərov Rasim Tofiq oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin kollektivi adından dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığımızı bildirir, təltif olunan dövlət qulluqçularını bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

 https://president.az/az/articles/view/66312 

Keçidlər