Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin əməkdaşları Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

27 yanvar 2023 | 20:15

"Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin təşəbbüsü ilə televiziya nəzdində fəaliyyət göstərən telekanalların efir göstəricilərini müəyyən etmək və yayımlanan verlişlərlə bağlı tamaşaçı rəylərini yerindəcə öyrənmək məqsədi ilə 27 yanvar 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Azərbaycan Televiziyasında Analitik qrupun rəhbəri, əməkdar jurnalist  Faiq Hüsiyev, Televiziyanın müəllif proqramları və xüsusi layihələr departamentinin rəhbəri, şair-publisist Bəxtiyar Qaraca, Azərbaycan Televiziyasında bir sıra uğurlu verilişlərin müəllif-aparıcısı, teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, YAP Şirvan şəhər təşkilatıının sədri Zahir Qəhrəmanov və bir qrup ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Televiziyasının şərəfli və məhsuldar inkişaf yolundan söz açılıb və doğma Televiziyanın Azərbaycan ədəbi dilinin formalaşması, xalqımızın maariflənməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində rolu xüsusi qiymətləndirilib. Günümüzdə televiziyanın yayımladığı verilişlərdən geniş söhbət açılıb, yeni layihələrlə bağlı təkliflər səsləndirilib  və tamaşaçı auditoriyasını maraqlandıran suallar televiziyanın analitik qrupun heyəti tərəfindən cavablandırılıb.

 

 

Mətbuat xidməti

Keçidlər