Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Şirvan şəhərini təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib.

18 noyabr 2024 | 17:54

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Şirvan şəhərini təmsil edəcək uşaqlarla şəhər İcra Hakimiyyətində görüş keçirilib, iştirakçı vərəqələri təqdim olunub.

Forumda şəhərimizi 4 nömrəli tam orta məktəbin şagirdi Mahmudova Ayla Kazım qızı və 1 nömrəli tam orta məktəbin şagirdi Həsənov Davud Şakir oğlu təmsil edəcəklər. 

Ölkəmizin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçılar 7 mövzu üzrə qruplaşaraq müzakirələr aparacaq, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayacaq və əsaslandırılmış təkliflərlə çıxış edəcəklər.

Keçidlər