Birinci Qarabağ müharibəsi şəhidlərinin 30 il öncə ağ mərmərdən inşa olunan və fiziki köhnəlməyə məruz qalan məzarüstü abidlərinin qara mərmərdən yenilənməsi Şirvan şəhərində şəhidlərimizin xatirəsinə göstərilən hörmət və ehtiramın təcəssümüdür.
Birinci Qarabağ müharibəsi şəhidlərinin 30 il öncə ağ mərmərdən inşa olunan və fiziki köhnəlməyə məruz qalan məzarüstü abidlərinin qara mərmərdən yenilənməsi Şirvan şəhərində şəhidlərimizin xatirəsinə göstərilən hörmət və ehtiramın təcəssümüdür. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, gələcək nəsillərin firavan həyat sürməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirələrinin əziz tutulması biz şəhid ailələrinin də ürəyində böyük sevinc hissi doğurur. Şəhidlər Xiyabanında görülmüş işlərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə bütün şəhid ailələri adından dərin minnətdarlığımı bildirirəm.
Ağabəyova Rəxşəndə Əlibəy qızı
Birinci Qarabağ müharibəsi şəhidi Mürsəlov Möhübbət Tapdıq oğlunun həyat yoldaşı