Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz heç vaxt reallaşaması qeyri-mümkün olan heç bir təşəbbüslə çıxış etməmişik” – İlham Əliyev.

13 yanvar 2023 | 17:04

 Meydana çıxdığı gündən bu yana media bütün dövrlərdə və bütün sahələrdə böyük qüvvəyə sahibdir. İstər siyasi, istər iqtisadi, istər sosial və ümumilikdə həyat fəaliyyətinin bütün sahələrində dayaq nöqtələrindən biri hesab olunur media. Məsələyə diqqətlə yanaşsaq görərik ki, bütün proseslərdə medianın gücü əhəmiyyətli təsir dairəsini hər zaman mühafizə edə bilir. Sosial platformalar insan kütləsini özündə toplamağı bacardıqca da bu dəyişməz qalacaqdır. Media bəzən böyük bir kütləyə ümid verir, bəzən bütün ümid yollarını bağlayır, bəzə kütləni ayaqlandırır, bəzən sakitləşdirir. Bu gün danılmaz faktdır ki, media gücü yüksək səviyyədə olan dövlətlərin, təşkilatların, qurumların mübarizə gücü də yüksək səviyyədə olur. Günümüzdə dövlətlər və siyasi rəhbərliklər hərbi qüvvələrdən yanaşı informasiya sahəsində soyuq müharibədən istifadə edir ki, məhz bunun ən böyük qolu da media hesab olunur. Bu səbəbdən bütün dövlətlərdə media ünsürləri və mənsubları hər zaman xüsusi diqqətdə saxlanılır və bəzi üstünlüklərə sahib olurlar. Bu Azərbaycanda da belədir. Ən bariz nümunə 2020-ci ildə şanlı qələbəmizlə yekunlaşan II Qarabağ Müharibəsində xalq-ordu-dövlət birliyini bir arada tutan, müxtəlif bölgələrin insanlarını eyni məqsəd uğrunda əzmlə meydanlarda saxlayan, cəmiyyəti görə bilmədikləri yerlərdəki informasiyalarla məlumatlandıran da məhz media idi. Eynilə Azərbaycanın haqq savaşını dünya arenasına təqdim olunmasını, gözə çarpdırılmasını və siyasi qələbəmizin əsasını təmin edən amillərdən biri də media idi. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu məsələdə olduqca həssasdır. O, mütəmadi olaraq media mənsublarının önünə çıxır, onlarla həqiqətləri əks etdirən diskussiyalar aparır və medianın xalqı düzgün məlumatlandırmasına çalışır. Hər ilin son günündə mediaya açıq şəkildə ilin yekunu və təbriklə bağlı media vəsitəsilə xalqın önünə çıxan cənab Prezident yeni ilin ilk günlərində hökumətin dövlət və xalqla bağlı planlarının xalqa çatdırılması məqsədilə, eləcə də xarici mediada ölkədə baş verən və planlaşdırılan məsələlərin işıqlandırılması üçün yerli media nümayəndələri ilə görüş keçirib. Görüş zamanı kifayət qədər önəmli məsələlərə toxunub ki, vətəndaş olaraq bir neçə məsələ diqqətimi olduqca cəlb etdi. Öncə  qeyd etmək istəyirəm ki, ilk suala verdiyi cavab əsnasında siyasi və sosial fəaliyyətlərdə yerli mediamızın nəinki daxili həmçinin xarici arenada effektivliyinin vacib məsələ olmasını bildirən cənab Prezident birinci abzasın sonunda vurğuladığım məsələnin həqiqətəndə önəmli amil olmasını ifadə etmiş oldu. Bundan sonra mətləbə keçən cənab Prezident bildirib ki, bu gün biz hələdə post-müharibə dövründəyik. “Doğrudur müharibə bitib, amma mübarizə hələ də davam edir”- deyən İlham Əliyev keçən ilin siyasi uğurlarından danışarkən, artıq bütün dünya Azərbaycanın mübarizəsini və müharibədə qazandığı parlaq qələbəni qəbul edib deyə ifadə səsləndirib. Elə isə bəs bu gün niyə hələ də ermənipərəst qüvvələrin təsir gücü var? Bu sualın cavabını isə müsahibənin irəlidəki suallarında tapacağıq. Məqaləmdə cənab Prezident İlham Əliyevin jurnalistlərə verdiyi cavablar əsasında formalaşan şəxsi və ictimai fikirlər barədə sizləri agah etməyə çalışacağam. Əlbəttə ki, siyasi arena sözün faktiki qüvvəsindən və dəyərindən asılı olaraq mövqelənir. Bizim də ən böyük ehtiyyacımız döyüş meydanında qazandığımız qələbənin siyasi arenada təsdiqini tapması və haqqını alması idi. Sadəcə iki il müddətində Azərbaycan siyasəti bu yolda böyük uğurlar əldə etdi. İllərin rəqabətinə və başımıza gələn bir çox faciələrin səbəbkarı olmasına rəğmən Ermənistana və ermənilərə göstərdiyimiz humanist münasibət, Ermənistanın bir anklav dövlət ampulasında saxlamaq gücümüz olduğu halda onu regiona qazandırmaq və xislətini müsbətə doğru dəyişmə cəhdlərimiz, qonşu dövlətlərə öz əlimiz qanda ola-ola etdiyimiz yardımlar, Rusiya-Ukrayna müharibəsində tutduğumuz  humanist mövqe dünya dövlətlərini bizimlə hər tərəfli tərəfdaşlığa cəlb edən amillərdən oldu. Biz dünya dövlətlərinə inam verə bildik. Yuxarıda qeyd etdiyim kimi bu səbəblərdən artıq dünya Azərbaycanın Ermənistan üzərindəki şanlı qələbəsini qəbul edib və bu mübarizəinin haqlı tərəfi kimi Azərbaycanı tanıyır. Ermənipərəst qüvvələrin işi isə sadəcə bundan ibarətdir ki, hər işə burunlarını uzadıb, ara qarışdırsınlar. Təbii ki, bunun üçün həmin qüvvələri qınasaq da dəfələrlə cənab Prezidentin tutarlı cavabları ilə Fransa kimi qüdrətli Avropa dövlətini, birbaşa onun liderini söz meydanında atından salsaq da bu prosesin önünə keçmək asan məsələ deyil, hələ ki, bizim məşqul olduğumuz əlavə xeyli sahə varkən. Cənab Prezident 2023-cü ildə də bu siyasi proseslərin davam etdiriləcəyi və daha böyük uğurların hədəfləndiyinin vədini Azərbaycan xalqına verdi. Mənə görə və yəqin edirəm ki, cəmiyyət üçün də müsahibənin açar cümləsi cənab Prezidentin Qərbi Azərbaycan İcması haqqındakı sualı cavablandırarkən ifadə etdiyi: - “Biz heç vaxt reallaşaması qeyri-mümkün olan heç bir təşəbbüslə çıxış etməmişik”- fikri idi. Əlbəttə ki, bu fikir əslində bütün nitqin əsasında dayanırdı.  Çünki, 2022-ci ilin nəticələri haqqında xatırlatmalar edildikcə görürük ki, Azərbaycan 10-15 il öncə xəyal kimi görünən neçə prosesi reallaşdırıb neçə uğura imza atıb. Siyasi suallar çərçivəsində cənab Prezidentin 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də xalqın iradə və əzminin birgə fəaliyyət üçün səfərbər edilməli olduğunu ifadə edən fikri, cəmiyyətlə proseslər aparan bütün qurumlara birbaşa siqnal idi. Getdikcə suallar istiqamətini iqtisadi yönə dəyişdi. Verilən maraqlı suallar arasında 2023-cü ildə xalqın maddi rifahının artırılması üçün hansı planların olması barədə sual diqqətimi cəlb etdi. Bəllidir ki, bu görüşdən əvvəl demək olar ki, yeni ilin ilk günlərində minimum əmək haqqının 15% artırılması ilə bağlı qərar verilmiş və minumum əmək haqqı 345 manat həddində müəyyən edilmişdir. Cənab Prezident çıxışında hələ də bu miqdarın lazım olan həddə olmamasını qəbul edir. Lakin çox tutarlı bir açıqlama verir. Ümumiyyətlə xalq olaraq daxili bazarda qiymət artımının baş verməsini hiss edirik. Diqqətinizi bir nöqtəyə cəmləmək istərdim ki, biz sənaye cəhətdən ixrac dövləti olsaq da yeyinti sənayesində hələki idxaldan asılıyıq. Avropaya nəzər salaq, bizim bəh-bəhlə təriflədiyimiz Avropa ölkələrində məvacib miqdarını tez görürük, birdə hansısa Avropa dövlətinin marketində qiymətlərə nəzər salaq. Bu gün inflyasiya bütün dünyanı bürümüş vəziyyətdədir. Normal inflyasiya dövlət büdcələrinin maksimum 100%-ni təşkil edə biləcəkkən hazırda 120-130% inflyasiya xəttində olan ölkəllər var. Maddi rifahın bu problemi ilə bağlı açıqlama verən İlham Əliyev hazırki vəziyyəti müdaxilə olunması mümkün olmayan “inflyasiya idxalı” adlandıraraq nə qədər ki, yeyinti sənayesini daxili istehsal sayəsində təmin edə bilmiriksə idxaldan asılıyıq bu  minimum da olsa inflyasiyanın sürüyüb sərhədlərimizdən içəri salır. Bu problemlə mübarizədə isə sosial fəaliyyətlər önəmli yer tutur ki, məvacibdən əlavə vətəndaşın gəlir təmin eləməsi də bu proseslərə bağlıdır. Sahibkar təşəbbüsləri, layihələrin həyata keçirilməsi, sosial yardımlara olunan artımlar, təqaüdlərin artırılması yüksək faizdə inflyasiyanın qarşısını alır. Hazırda ölkədə inflyasiya dərəcəsi 7-8 % əhatə edir, xarici borcumuz 9,5 milyard dollara yaxın bir rəqəmdir ki, bu bir çox inkişaf etmiş dövlətlərə nəzərən yaxşı göstərici deməkdir. 2022-ci ildə Prezident İlham Əliyev bütün xəzəryanı dövlətlərə həmiçinin əməkdaşlıq potensialı görünən bir sıra region və qeyri-region dövlətlərinə önəmli səfərlər etdi. Hər birinin fərqli mövzuları olsa da əksəriyyətində logistika və enerji təhlükəsizliyi əvəzolunmaz yer tuturdu. Bəs gəlin görək bu neçə ildə deyil də post-müharibə və post-pandemiya dövründə bu addımlar atıldı. Bunun əsas iki səbəbi var. Birincisi nəzərə alaq ki, Azərbaycan pandemiya dönəmindən minimum zərərlə çıxmış azsaylı dövlətlərdəndir. Təbii ki, əməkdaşlıq üçün belə bir dövlətdən daha yaxşısını tapa bilməzsiniz və bu gün Azərbaycan siyasəti bunu fürsətə çevirir. Bəli ona görə çeviri ki, bu ikinci məsələyə birbaşa təsir edən amildir. Post-müharibə dövründən sonra regionda dəyişən vəziyyət nəyə gətirib çıxardı və verilən vədlər nəyin üzərində idi, Azərbaycanın Naxçıvanla əlaqəsi təmin olunmasına Ermənistan tərəfindən dəstək gələcək və beləliklə Asiya və Avropa arasında daha rahat və qısa iqtisadi magistral yaranacaq. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi bu tip magistralları xeyli daraldıb. Düşünün, bu xəttə nə qədər ehtiyyac var?. Bəs əsas problem nədir? Təbii ki, mənfur Yerəvan rəhbərliyi kapitulyasiya aktı başda olmaqla öz əli ilə imzaladığı bir neçə konvensiyanın heç bir bəndinə əməl etməyən və iki ildir məsələni uzadan erməni rəhbərliyinə ən böyük təsir nə ola bilər? Təbii ki, daha qısa iqtisadi magistral ideyasının dalınca düşən ətraf dövlətlərin belə bir qüsursuz təklif üzrə Ermənistana etdiyi təsir. Məhz bu tip görüşlərin birbaşa məqsədi qeyd etdiyim kimi iqtisadi və logistik, enerji təhlükəsizliyi məsələsi olsa da dolayı yolla Zəngəzur magistralı məsələsinin də həllində önəm kəsb edir. Sonda isə bütün Azərbaycanlılar üçün doğan yeni ümiddən bəhs etmək istəyirəm, cənab Prezident sualları cavablandırarkən Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıda biləcəklərindən, hətta beynəlxalq humanitar hüququn da buna şərait yaratdığından danışdı. Yadınızdadırsa, ötən ilin dekabr ayında Qərbi Azərbaycan icması ilə görüş keçirən Prezident icmanın qarşısına bəzi tapşırıqlar qoymuşdu. Yanvar ayının 10-da keçirilən bu görüşdə isə artıq bir aydan az  müddət keçmiş  olsa da bəzi işlərin görüldüyü dilə gətirilib. Və bir daha cənab Prezidentin “ Biz heç vaxt mümkünsüz təşəbbüslərlə çıxış etmirik” ifadəsini yada salaraq demək istəyirəm ki, proseslər nə olursa olsun, uğurlu ya da uğursuz yuxarıda qeyd etdiyim məqsədlər uğrunda mübarizə aparılacaqsa 2023-cü il ən az 2020-ci il qədər yaddaqalan və şanlı il ola bilər. Bütün Azərbaycan xalqını hər zaman olduğu kimi həmrəy və üçrəngli bayrağın altında Ali Baş Komandanın ətrafında bir amal uğruna birləşməyə çağırıram. 2023-cü ilimiz uğurlu olsun!

 

 Rəşad Aslan

 Şirvan Gənclər Evinin əməkdaşı 

Keçidlər