Boksçularımız Azərbaycan birinciliyində uğurla çıxış ediblər.
24 iyun 2022 | 13:00
15-22 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçirilən Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş boks üzrə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında məktəblilərin Azərbaycan birinciliyi başa çatıb.
Birincilikdə Şirvan şəhərinin gənclərdən ibarət komandası uğurla çıxış edib. Oğlan məktəblilər arasında Rüstəmov İsmayıl 50 kq, Xanlarov Xəlil 57 kq çəki dərəcələrində II yerə, qızlar arasında isə Bəşirova Günay 40 kq, Bayramova Xədicə 44 kq çəki dərəcələrində II yerə, Səfərova Günay isə 57 kq-da III yerə layiq görülübdür.
Həmçinin məşqçi-müəllim Şahin Qocayev yarışın ən yaxşı məşqçisi diplom ilə təltif olunub.
Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov bu münasibətlə şəhərimizin medal qazanan idmançıları və məşqçi-müəllimlər Bünyətov Rəşad, Qocayev Şahin, Cahangirov Qalib ilə görüşüb, qazanılan nəticəyə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
İdmançılarımız ölkəmizdə idmanın inkişafına və idmançılarımıza göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti