Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin doğum günüdür.

16 yanvar 2024 | 10:46

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədli Cavid Natiq oğlu 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 16 №-li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Cavid Məmmədli Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Cavid Məmmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər