Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Əli Mənəflinin doğum günüdür.

12 oktyabr 2023 | 09:21

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Mənəfli Əli Əflan oğlu 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin və Şirvan şəhər Musiqi Məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Əli Mənəfli Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Əli Mənəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər