Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Elvin Şixəliyevin doğum günüdür.

06 iyun 2023 | 12:46

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Şıxəliyev Elvin Sarvan oğlu 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər M.B.İsrailov adına 18 №li tam orta məktəbi bitirib. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Elvin Şıxəliyev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Elvin Şıxəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

Keçidlər