Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Həsən Həsənovun doğum günüdür.

01 oktyabr 2023 | 13:03
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu, şəhid Həsənov Həsən Rəhim oğlu 1 oktyabr 1990-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 №li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Həsən Həsənov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Həsənov Həsən Rəhim oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda” və ” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Allah rəhmət eləsin!
Keçidlər