Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Kamran Fərəcovun doğum günüdür.

14 fevral 2024 | 11:31
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Fərəcov Kamran İlqar oğlu 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 №li tam orta məktəbi bitirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Kamran Fərəcov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Kamran Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Keçidlər